"Aston Villa"nın 20 yaşlı üzvü Con Duran karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı ilə "Barselona" maraqlanır. Bu məlumatı "El Nacional" yayıb.
Kataloniya təmsilçisi hücumçu üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. "Barselona" 20 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Duranın "Aston Villa" 2028-ci ilin yayına kimi qədər müqaviləsi var.