Kristian Eriksen mövsüm sonu "Mançester Yunayted"dən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, cari mövsümün sonunda MY ilə müqaviləsnin müddəti başa çatacaq 32 yaşlı futbolçu ilə yeni anlaşma imzalanmayacaq. 

Qeyd edək ki, sözügedən oyunçu 2022-ci ilin yayından etibarən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.