İspaniya nəhəngi türk ulduzun xidmətində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, "Sevilya" "Bornmut"da forma geyinən Enes Ünalı heyətinə cəlb etmək istəyir. Bu barədə "Fichajes" məlumat yayıb.
La Liqa klubu maddi risk etməmək üçün Enesi əvvəlcə icarə əsasında komandaya gətirməyi planlaşdırır.
Qeyd edək ki, 2024/25 mövsümündə İngiltərə təmsilçisi ilə 8 matçda meydana çıxan Ünal cəmi 150 dəqiqə oynayıb və fərqlənməyi bacarmayıb.