"Əl-Hilal"ın ulduzu Neymar Səudiyyə Ərəbistanında mənzil alıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı "Buqatti Residens"də 43 milyon sterlinqə mansar qatından mənzil alıb. Bu barədə "The Sun" məlumat yayıb.
Oyunçunun yeni evindən şəhərə möhtəşəm mənzərə açılır. Bununla yanaşı istədiyi zaman avtomobilini də evə çıxaracaq sistemə malikdir.
Bu Neymarın ən bahalı mülküdür. Futbolçu daha öncə Mayamidə də 20 milyon sterlinqə sahil kənarında ərazi, ölkəsində isə 7 milyon sterlinqə ada almışdı.