"Barselona"nın sabiq baş məşqçisi karyerasını ABŞ-da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbəyə görə 44 yaşlı mütəxəssis "İnter Mayami"nin diqqət mərkəzindədir. Yaxın zamanda rəsmi informasiya verilə bilər.
Qeyd edək ki, ispaniyalı çalışdırıcı ötən mövsüm "Barselona"dan ayrılıb.