"Real"ın futbolçusu Vinisius Junior DNT testi verərək haralı olduğunu müəyyən edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Ge.globo" məlumat yayıb.
Mənbəyə görə, testin nəticəsində ulduz oyunçu kamerunlu olduğu bəlli olub.
Qeyd edək ki, 24 yaşlı hücumçu 2018-ci ildən "Real"ın şərəfini qoruyur.