"Benfika"nın futbolçusu Anxel Di Mariya portuqaliyalı mütəxəssis Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sports Illustrated" məlumat yayıb.

"Real"a qədər mən həmişə sol cinahda oynayırdım. Bu kluba keçdikdən sonra isə sağ cinahda oynamağa çalışmağa başladım və gözlənilmədən bu, çox xoşuma gəldi. Karyeramın sonuna qədər də sağ cinahda qaldım. Joze Mourinyo inanılmaz insandır. O, həmişə yüz faiz oyunçuların tərəfindədir. İşinə yüz faiz can qoysan, o, səni heç vaxt incitməz. Mən orada üç gözəl il keçirdim və bu barədə pis bir xüsusda danışa bilmərəm".

Qeyd edək ki, Di Mariya 2010-2014-cü illər ərzində "Real"ın şərəfini qoruyub.