"Real"ın baş məşqçisi Karlo Ançelotti sabah "Alaves"lə oyun öncəsi heyətdə dəyişikliklər olacağını bildirib.

Offsideplus.az xəbər verir ki, o, "Espanyol" matçında yüngül zədə alan Cud Bellinqhemin vəziyyətinin yaxşı olduğunu və oyunda iştirak edə biləcəyini qeyd edib.

La Liqanın 7-ci turunda "kral klubu" sabah "Alaves"i "qəbul edəcək. Ançelotti, bu oyunda bəzi oyunçuların dəyişəcəyini və rotasiya olacağını deyib.