"Fənərbağça"nın oyunçusu Osayi-Samuel geri dönüb.

Offsideplus.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Yunion" (Belçika) ilə qarşılaşacaq "Fənərbağça" hazırlıqlarını davam etdirir. Zədə səbəbilə bir müddətdir müalicə alan Osayi-Samuel komanda yoldaşları ilə birgə məşqlərə başlayıb. 

26 yaşlı futbolçu bu mövsüm 3-ü Çempionlar Liqasının Təsnifat mərhələləri, 2-də Super Liqa oyunu olmaqla 5 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə etməyi bacarıb.

Qeyd edək ki, "Fənərbağça" - "Yunion" görüşü sentyabrın 26-da baş tutacaq.