"Barselona"nın prezidenti Joan Laporta futbolçuları qeydiyyata almaqda yaşadıqları problemdən danışıb.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi problemi belə izah edib:
"La Liqa rəhbərliyi "Nike" ilə müqaviləmiz sayəsində oyunçuları qeydiyyatdan keçirib 1/1 qaydasına qayıda biləcəyimizi demişdi. Lakin indi belə vəziyyət yaranıb ki, biz Dani Olmo və Pau Viktoru hətta müqavilə ilə də qeydiyyatdan keçirə bilmirik. Biz bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişik və ayın 27-də biz qətnaməni biləcəyik.