Super Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, "Adana Demirspor" Maykl Valkanisi komandadan göndərib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Valkanisin rəhbərliyi ilə komanda liqada meydana çıxdığı 6 matçın yalnız 1-də bərabərə qalıb. Digər 5 oyunda məğlub olan kollektiv sonuncu sırada qərarlaşıb.