"Real"ın baş məşqçisi Karlo Ançelotti gələcəyi haqda açıqlama verib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis "AS" nəşrinə karyerasını bitirmək haqda danışıb:
"O günün nə vaxt gələcəyini bilmirəm. Bu işi bəyənirəm. Yaşadığım yorğunluğu futbolçularınkı ilə müqayisə etmək olmaz. Bəli, düzdür, təzyiq və məsuliyyət var, amma bundan həzz alıram. Oyunçular bir çox başqa şeylərdən, məsələn, fiziki yorğunluqdan təsirlənir. Bu, əsl problemdir. Hələlik mən işləməyə davam edirəm və uzun illər bu peşədə qalmaq istəyirəm”.
Qeyd edək ki, Ançelottinin "Real"la 2026-cı ilin yayına kimi müqaviləsi var.