"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen bazar günü "Vilyarreal"la keçirilən matçın ilk yarısında sağ dizindən zədə alaraq meydanı xərəkdə tərk edib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiperin zədəsinin səkkiz aya qədər davam edə biləcəyi bildirilir.
Baş məşqçi Hansi Flik zədənin ciddi olduğunu və vəziyyətin aydınlaşdırılmasını gözlədiklərini vurğulayıb.
Ter Ştegenin yerini "Qalatasaray"da icarə əsasında oynamış İnaki Penanın alacağı, çərşənbə günü "Xetafe" ilə matçda meydana çıxacağı gözlənilir.