Bolqarıstan çempionatında 9-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Arda" "Botev"i (Plovdiv) qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynovun da bu qarşılaşmanın iştirakçısı olub. Millimizin üzvü matçın 85-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Arda" 9 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.