İngiltərə Premyer Liqasının son turunda "Mançester Siti" "Arsenal"la heç-heçə edib - 2:2.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin üzvü Bernardo Silva hakimlikdən narazı qalıb:
"Birinci qoldan öncə hakim kapitanımızı yanına çağırdı. Bu da onun geri qayıtmasına imkan vermədi. İkinci qolda isə qapıçımız bloklanmışdı. Hakim buna imkan verdi".