AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Union Sent-Gilloise” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Ülker” stadionunda baş tutacaq.