"Mançester Siti" ulduz futbolçu üçün 100 milyonluq təklif hazırlayır.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bayern"in və Almaniya millisinin oyunçusu Camal Musialanı heyətinə cəlb etmək istəyir. Bu barədə ingilis mediasında "Team Talk" məlumat yayıb. 

Musialanın Bundesliqa klubunda müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

Qeyd edək ki, bu mövsüm 6 matça çıxan almaniyalı 3 qola və 3 məhsuldar ötürməyə imza atıb.