Türkiyənin "Bursaspor" klubu futbolçusu Namik Ələskərovla bağlı paylaşım edib.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesablarında 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinin formasında fotosunu yayımlayan I liqa klubu İrlandiya yığmasına qarşı 2022-ci il dünya çempionatının seçmə matçında ona uğurlar arzulayıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.
?? Başarılar Namik Alaskarov pic.twitter.com/uhNAn0QvOE
— Bursaspor (@BursasporSk) October 9, 2021