"Qalatasaray" klubu ciddi itkiylə üzləşib.
Offsideplus.az xəbər verir ki, Saşa Boy Avropa Liqası qrup mərhələsinin 2-ci turunda "Marsel"lə keçirilən oyunda (0:0) sıradan çıxıb.
65-ci dəqiqədə əzələsində ağrı hiss edən 20 yaşlı müdafiəçi matçı davam etdirə bilməyib və DeAndre Yedlinlə əvəzlənib.


