Türkiyənin "Fənərbağça" klubu "Kasımpaşa"dan sol cinah müdafiəçisi Çağtay Kurukalıpı transfer edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasında "Neftçi"nin potensial rəqibidir. "Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubunu keçə bilsə, pley-offda Türkiyə təmsilçisi ilə qarşılaşacaq.