Misli Premyer Liqasının ikinci pilləsində qərarlaşan “Zirə” klubunun futbolçusu Rafael Utziq yubiley qolunu vurub.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan çempionatlarında 25-ci, “Zirə”nin heyətində isə 10-cu dəfə fərqlənib.
28 yaşlı legioner bu əlamətdar hadisəni dünən "Neftçi"yə qarşı oyunda (4:2) gerçəkləşdrib. O, sözügedən matçda dubla imza atmaqla, komandasının qələbəsinə böyük töhfə verib.
R.Utziq Azərbaycan çempionatlarında ümumilikdə 165 görüşə çıxıb, “Qəbələ”də 124, “Zirə”də isə 43 oyun keçirib.