"Sassuolo" gələn mövsüm yenidən İtaliya A Seriyasında çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, "yaşıl-qaralar" 33-cü turda səfərdə "Modena"nı 3:1 hesabı ilə məğlub edib. Bununla da onlar B Seriyasını ilk iki pillədə bitirməyi təmin edib.

"Sassuolo" cəmi bir mövsüm ardından A Seriyasına qayıdıb. Onlar daha öncə 2013-24-cü illər arasında da İtaliyanın əsas liqasında oynayıblar.