Dünən NBA-da müntəzəm mövsümün son oyunları baş tutdu.
Offsideplus.az xəbır verir ki, gecə bir sıra maraqlı nəticələrlə yadda qaldı. Oklahoma City Thunder əsas oyunçularını istirahətə buraxsa da, Pelicans üzərində qələbə qazanaraq mövsümü 68 qələbə ilə başa vurdu. Bu, klub tarixində ən yaxşı nəticə kimi yadda qaldı.
Digər tərəfdən, Los Angeles Clippers səfərdə Golden State Warriors-u məğlub edərək Qərb Konfransında 5-ci yeri tutdu və birbaşa pley-off mərhələsinə vəsiqə qazandı. Lakers isə Portland qarşısında ağır məğlubiyyət aldı.
NBA-da gecənin bütün nəticələri belə olub:
Pacers - Cavaliers 126:118
Hornets - Celtics 86:93
Wizards - Heat 119:118
Knicks - Nets 113:105
Pistons - Bucks 133:140
Magic - Hawks 105:117
Bulls - 76ers 122:102
Clippers - Warriors 124:119
Nuggets - Rockets 126:111
Suns - Kings 98:109
Mavericks - Grizzlies 97:132
Raptors - Spurs 118:125
Thunder - Pelicans 115:100
Jazz - Timberwolves 105:116
Lakers - Trail Blazers 81:109
NBA-da pley-off mərhələsi yaxın günlərdə start götürəcək. Cütlüklər və oyun cədvəli tezliklə açıqlanacaq.