Azərbaycan futbolunun flaqmanı “Neftçi” Azərbaycan çempionatları tarixində 75-ci dəfə evdə məğlubiyyətə düçar olub.
Offsideplus.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turu çərçivəsində dünən "Zirə" ilə görüşdə gerçəkləşib.
"Ağ-qaralar" "Neftçi Arena"da hesabda 2:0 önə çıxmalarına baxmayaraq, ardınca qapılarından 4 top buraxıblar.
Beləliklə, “Neftçi" doğma divarlar arasında keçirdiyi 473-cü görüşdə 75-ci dəfə uduzub. Dünən meydan sahiblərii həm də qonaqların 350-ci qolu vurmalarına imkan yaradılbar.