Misli Premyer Liqasının XXXI turunda "Zirə" "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. Vacib 3 xal və qələbə idi. Birinci hissə rahat keçdi. İki top fərqi ilə irəlidə olduq. Fasilədə, həftə ərzində "Sumqayıt" barədə məlumat verən və analiz edən zaman bildirmişdik ki, rəqib baxımlı, rəngarəng futbol oynayır. Bunda da Vaqif Cavadovun rolu var. Hücumda maraqlı həmlələr edir. Rəqibin qolundan sonra stress yarandı. "Sumqayıt" hücum potensialını gücləndirdi. Müdafiəyə meyilli dəyişikliklər edirdik. Rəqibi əks hücumda yaxalamaq istəyirdik. Rəqibin də şansı vardı. Futbolçularımı təbrik edirəm, "Sumqayıt"a uğurlar arzulayıram".



