Formula 1 komandası "Red Bull" üçün bu mövsüm o qədər də yaxşı getmir.
Offsideplus.az xəbər verir ki, dünən keçirilən Bəhreyn yarışından sonra komanda daxilində bəzi problemlər yaşanıb. Dörd qat dünya çempionu meneceri ilə komandanın məsləhətçisi Helmut Marko arasında qısa bir insident yaranıb.
Daha sonra jurnalistlərə açıqlama verən H. Marko bu performansla işlərinin çətin olduğunu bildirib:
“Belə bir performansla, təəssüf ki, dünya çempionu ola bilmərik”.
Xatırladaq ki, Avstriya komandası ikinci yarışdan sonra Liam Lousonu Yuki Tsunoda ilə əvəzləmişdi. Onlar hazırda 71 xalla Mühəndislər Kubokunda 3-cü yerdədir. Ferstappen isə pilotlar yarışında 69 xalla eyni yeri tutur.