"Mançester Yunayted" yay transfer büdcəsini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" baş məşqçisi Ruben Amorimə 200 milyon funt-sterlinqlik büdcə verməyi planlaşdırır. Komandanın rəhbərliyi bu məbləği bəzi oyunçuları sataraq yığmaq istəyir.

Bu barədə "Sunday Express" məlumat yayıb.

"Mançester Yunayted"in rəhbərliyi bu məbləğlə yeni komanda qurula biləcəyini düşünür.