"Fənərbağça" klubu futbolçusu Ozan Tufanla bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, "sarı-larcivərtlilər" 26 yaşlı yarımmüdafiəçini komandada saxlamaq istəyir.
İstanbul təmsilçisi Ozanı yalnız yüksək məbləğdə pul təklif edildiyi halda satmağı düşünür.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm Superliqada 37 matçda 6 qol vurub və 10 qolun ötürməsini verib.