Türkiyə Superliqası klubu "Başakşehir" futbolçusu İrfan Kahveci üçün satış qiymətini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klub 14 milyon avrosundan keçməlidir. Kahveci ilə İtaliya, İngiltərə klubları, habelə Türkiyənin "Qalatasaray" klubu yaxından maraqlanır.
Qeyd edək ki, "Cim-Bom"un baş məşqçisi Fatih Terim bir neçə gün öncə Kahvecini komandasında görmək istədiyini bildirmişdi.