Qış transfer çalışmalarında yararlı futbolçularla güclənməyi hədəfləyən "Fənərbağça" qollarını çoxdan "çırmalayıb". Xeyli sayda futbolçu ilə danışıqlara başlanılıb, bəziləri ilə razılıq əldə olunub, bir neçəsi ilə bağlı götür-qoy edilir.

Offsideplus.az xəbər verir ki, hədəfdə olan növbəti futbolçu Jese Rodriqesdir. Vaxtilə "Real"da Kriştiano Ronaldonun varisi gözündə görülən, sonradan 25 milyon avroya PSJ-yə satılan cinah hücumçusu Fransa nəhəngindən ayrılıb. Cari mövsümdə 2 oyunda 22 dəqiqə forma geyinmək şansı qazanan Jese rəhbərliklə söhbətdən sonra azad agent statusuna yiyələnib.

"Fənərbağça"lıları həvəsləndirən də 27 yaşlı futbolçunun sərbəst olmasıdır.