Növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray" daha bir futbolçuya "elçi" düşüb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aytaç Karanı transfer etməyə yaxındır. Baş məşqçi Fatih Terimin hazırda sərəncamında görmək istədiyi əsas oyunçu məhz 27 yaşlı futbolçudur.
Sözügedən yarımmüdafiəçini heyətə cəlb etmək üçün artıq "Kasımpaşa" rəhbərliyi ilə danışıqlara başlanılıb. Onun cari klubu ilə daha bir illik müqaviləsi var.
Aytaç Kara 2013-cü ildə Fatih Terimin rəhbərliyi altında Türkiyə millisində də çıxış edib.
Qeyd edək ki, futbolçu "Kasımpaşa" forması ilə çıxdığı 27 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə verib.