“Ural” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya təmsilçisini bundan sonra Viktor Qonçarenko çalışdıracaq. 45 yaşlı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, Viktor Qonçarenko mövsümün əvvəlində "Neftçi"də baş məşqçi postuna namizədlərdən olub. Lakin sonda "ağ-qaralar" Laurentsiu Regekampf ilə 2 illik müqavilə imzalayıb.