"Ufa" klubu Şotlandiyanın "Seltik" komandasının futbolçusu Bolinqoli Mbombonu icarəyə götürüb.

Offsideplus.az xəbər verir ki, belçikalı müdafiəçi mövsümün sonuna qədər "Ufa"da çıxış edəcək.

Bildirək ki, "Brügge"nin yetirməsi olan Mbombo 2019-cu ildə "Seltik"lə 4 illik müqavilə imzalayıb. O, Belçika millisinin və "Çelsi"nin futbolçusu Romelu Lukakunun əmisi oğludur.