Region Liqasında “Şimal” və “Hypers” komandaları arasında bu gün keçiriləcək final oyununun hakim təyinatları müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Şamaxı şəhər stadionunda təşkil olunacaq həlledici görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu matçda VAR da tətbiq olunacaq.

Region Liqası
Final
24 may
16:00. “Şimal” – “Hypers”
Hakimlər: 
Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu