Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniyanın açıq çempionatında birinci olub.

Offsideplus.az xəbər verir ki, Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda 17 yaşlı idmançı U-18 kategoriyasında dağdan eniş növündə qızıl medal qazanıb. İkinci yerə fransalı Dilan Hakkar, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olub.

Kostov ümumi nəticələrə görə isə 3-cü yerdə qərarlaşıb. Yarışda Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan ümumilikdə 30 xizəkçi qatılıb.

İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.