Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı start götürüb.
Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv iyulun 2-nə qədər Belarusda hazırlıq prosesi keçəcək.
Milli komandamız iyunun 28-də Jodino şəhərində yerləşən “Torpedo” stadionunda, iyulun 1-də Minskdəki “Traktor” stadionunda Belarus yığması ilə üz-üzə gələcək.