"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş "Əl-Hilal"ın təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu yuxarı səviyyədə futbol oynamaq istədiyi üçün Səudiyyə Ərəbistan klubuna "yox" deyib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında bir müddətdir danışıqlar gedirdi. Sonda Fernandeşin cavabı isə mənfi olub.
"Əl-Hilal" portuqaliyalının transferində uğursuz olsa da, böyük adlarla maraqlanmağa davam edir. Onlar baş məşqçi postuna Simone İnzaqini gətirmək istəyir. Bundan başqa Viktor Osimhen, Teo Hernandes və Ederson da Səudiyyə Ərəbistan klubunun transfer siyahısında yer alır.