Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edəcək. 

Tovuz təmsilçisi bu görüşdə qələbə qazanaraq avrokuboklara doğru daha bir addım atmaq istəyir.

"Karvan-Yevlax" bu görüşdə məğlub olarsa, onların elitanı tərk etməsi rəsmiləşəcək.

Görüş saat 17:00-da başlayacaq.

MPL, XXXI tur

10 may (bazar) 

17:00 "Turan Tovuz” – “Karvan-Yevlax”

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Əmrah İbrahimov 

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tovuz şəhər stadionu