Misli Premyer Liqasının XXXI turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
Offisideplus.az xəbər verir ki, gürcüstanlı hücumçu Azərbaycan çempionatında 200-cü oyununu keçirib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, “İmişli” ilə səfər matçında (0:0) bu uğura imza atıb. 30 yaşlı hücumçu 200 görüşdə 60 qola imza atıb.
Debütü 2018/19 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib: “Qəbələ” 27 oyunda 7 qol) “Sabah”da 63 oyunda 16 qol, “Zirə”də 110 oyunda 37 qol.


