"Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasov Azərbaycan çempionatları tarixində 350-ci oyununu keçirib..

Offsideplus.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXXI turunda baş tutan "Sumqayıt"la səfər matçına (1:2) təsadüf edib.

2011/12 mövsümündən bəri ölkə çempionatlarında mübarizə aparan Abbasov, bu müddət ərzində 3 fərqli klubun uğurları üçün çalışıb və ümumilikdə 8 qol vurub: "Qəbələ" – 248 oyun (5 qol), "Araz-Naxçıvan" – 55 oyun (1 qol) və "Səbail" – 47 oyun (2 qol)

U. Abbasov ölkə çempionatları tarixində 350 matç səddini keçən 14-cü futbolçu olaraq adını tarixə yazdırıb. O, hazırda karyerasını davam etdirən oyunçular arasında 3-cü ən yaxşı göstəriciyə malikdir.

Siyahıda ondan öndə yalnız Asif Məmmədov (388) və mövsümün gedişində futbolla vidalaşan Qara Qarayev (360) yer alır.