"Bəzi şeyləri döyüşü tanıtmaq üçün etdik. Xamzat yaxşı adamdır, onu sevirəm".
Offsideplus.az xəbər verir ki, MMA dünyasının qalmaqallı siması Şon Striklend, Kris Vaydmanla söhbəti zamanı çeçenəsilli döyüşçü Xamzat Çimayevlə aralarındakı gərginliyin pərdəarxasını açıqlayıb.
Kris Vaydmanın məşq zamanı yaşanan "çılğın hadisələr" barədə sualına Strikland belə cavab verib:
"Yox, əslində hər şey göründüyü kimi deyil. Çimayev çox qürurlu biridir. Mənim zarafatlarıma bəzən insanlar inciyə bilir, o da dünyanın fərqli yerindən gəldiyi üçün mənim yumorumu tam anlamırdı. Amma Xamzat yaxşı uşaqdır. Biz döyüş işindəyik, mən oraya çıxıb 'Xamzat, çox nəzakətli adamsan' deməli idim? Xeyr, siz məndən rəqibimi söyməyimi gözləyirdiniz, mən də bunu azarkeşlər üçün etdim".
Aralarında real bir düşmənçilik olmadığını bildirən Strikland, sonda rəqibi haqqında müsbət fikirlərini gizlətməyib:
"Xamzat həqiqətən yaxşı adamdır. Onu sevirəm".


