Misli Premyer Liqasında XXXI tura "Neftçi" "Şamaxı" oyunu ilə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" 4-cü yer uğrunda mübarizə aparır və bu gün mütləq qələbə qazanmaq istəyir.
Onlar qalibiyyət əldə edə bilsə, "Zirə" ilə xal fərqini 3-ə yüksəldəcək.
"Şamaxı"nın isə turnir cədvəlində yeri rahatdır. Bölgə təmsilçisi 35 xalla 8-ci yerdədir.
Misli Premyer Liqası, XXXI tur
10 may (bazar)
19:30 “Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Arena”


