"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges Azərbaycan çempionatında qol sayını 25-ə çatdırıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi yubiley qoluna Misli Premyer Liqasının XXXI turunda "Qəbələ" ilə səfər matçında (1:1) imza atıb.

Bu nəticəyə 76-cı oyununda çatan Kadi, ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 132-ci futbolçu olub. Maraqlıdır ki, o, cari mövsümdə bu göstəriciyə imza atan 4-cü oyunçudur.

Ondan əvvəl Toral Bayramov, Felipe Santos və Ülvi İsgəndərov da "25-lər klubu"na üzv olmuşdular.