"Sabah"ın 250 günlük məğlubiyyətsizlik seriyasına "Kəpəz" son qoyub.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının XXXI turunda doğma meydanda 0:1 hesabı ilə uduzan "bayquşlar" cari mövsümdə ikinci yenilgisini alıb.
Valdas Dambrauskasın komandası sonuncu dəfə 2025-ci il avqustun 31-də "İmişli"yə uduzmuşdu. Bu müddətdə 28 oyunluq (22 qələbə, 6 heç-heçə) möhtəşəm seriya yaxalayan paytaxt təmsilçisi, turnir tarixinə 3-cü ən uzun seriyanın sahibi kimi düşüb. "Sabah" bu nəticə ilə "Kəpəz"in rekorduna şərik olub, ondan öndə isə yalnız "Qarabağ" yer alır.
Premyer Liqa tarixinin ən uzun 5 seriyası:
1. “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)
2. “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)
3-4. “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)
“Sabah” – 28 (14.09.2025-03.05.2026)
5. “Turan” – 27 (12.09.1992-14.07.1993)
Qeyd edək ki, mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.


