"Mançester Yunayted"in sabiq futbolçusu Mikael Silvestr Kristiano Ronaldo ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, məlumatı "Goal" nəşri yayıb. Mütəxəssis geridönüşlə bağlı bunları söyləyib:

"Kristiano Ronaldonun "Mançester Yunayted" azarkeşləri ilə yenidən görüşməsi an məsələsidir. Lakin bu, yaxın zamanda baş verməyəcək. O, klubun əfsanəsidir. Onun yenidən "Old Trafford"da görülməsi fantastik olardı. Lakin bu barədə düşünmək hələ tezdir"

Qeyd edək ki, portuqaliyalı ulduz futbolçu 2003-2009 və 2021-2022-ci illərdə "qırmızı şeytanlar"ın uğurları üçün çalışıb.