İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Qalatasaray"ın sağ cinah müdafiəçisi Saşa Boyu sıralarına qatmağa yaxındır.

Məlumata görə, "topçular" 22 yaşlı fransalı futbolçu üçün qarşı tərəflə ilkin razılığıa gəlib. "Arsenal" rəhbərliyi Boey üçün "cim-bom"a 17 milyon avro təklif edib.

"Qalatasaray" sözügedən oyunçunu satmağa hazırdır.

Qeyd edək ki, Boyun "sarı-qırmızılar"la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.