“Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın “Betis” klubundan Aleks Morenonu transfer edib.

İspaniyalı oyunçunun yeni klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. İngiltərə klubu bu transferə görə “Betis”ə 13,5 milyon avro ödəyib.

Qeyd edək ki, Moreno 2019-cu ildən “Betis”də çıxış edirdi.