Ukraynalı qapıçı Andrey Lunin cari mövsümün sonunda Madrid "Real"ını tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb 26 yaşlı futbolçunun son vaxtlar az forma geyinməsidir. Belçikalı Tibo Kurtuanın zədəsini sağaltmasından sonra A.Lunin nadir hallarda meydançaya çıxır.
Todofichajes portalının yaydığı məlumata görə, "Real" rəhbərliyi artıq qapıçı axtarışlarına çıxıb. Üç nəfərdən ibarət "short-list"də Mayk Menyan ("Milan"), Joan Qarsiya ("Jirona") və Lyuka Şavelye ("Lill") yer alıb.
Qeyd edək ki, Andrey Lununin "Real"la müqaviləsi 2030-cu ilədək nəzərdə tutulub. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.