"Mançester Siti"nin qapıçısı Zak Steffen komandadan ayrılıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ millisinin qolkiperi qarşıdakı mövsüm icarə əsasında Çempionşip təmsilçisi "Midlsbro"da çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2020-ci ilin yayından çıxış etdiyi  "şəhərlilər"də ümumilikdə 21 matça çıxıb, 16 qol buraxıb.