"Mançester Yunayted" klubunun gənc hücumçusu Markus Reşford Ceydon Sanço haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o, 20 yaşlı həmyerlisinin "qırmızı şeytanlar"ın heyətinə qatılmağını səbrsizliklə gözlədiyini bildirib. Reşford Sançonun mükəmməl fərdi keyfiyyətlərinin olduğunu və bu potensialla yaxın gələcəkdə zirvəni fəth edəcəyini deyib.

"Sanço möhtəşəm oyunçudur. Zirvəyə yüksəlmək üçün bütün keyfiyyətlərə sahibdir. Onunla birlikdə oynamaq möhtəşəm və qürurverici olacaq"

Qeyd edək ki, Dortmund "Borussiya"sının gənc ulduzu Sanço "Mançester Yunayted"ə keçməyə çox yaxındır. Onunla həmçinin "Çelsi" və "Liverpul" da maraqlanır.